“Elsevier” şirkətinin nümayəndəsi Saida Sak tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İnstitusional profil bazasının idarə edilməsi üzrə “Scopus” bazasından istifadənin təkmilləşdirilməsi istiqamətində təlim keçirilib.

"Unikal" xəbər verir ki, onlayn təlimə ATMU-nun İnstitusional profil bazasının idarəedilməsi üzrə koordinatorları-Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Elm və innovasiya şöbəsinin Elmi innovasiyalar üzrə koordinatoru Sənubər Qənbərova və Kitabxana-İnformasiya Mərkəzinin (KİM) sistem inzibatçısı Elnarə Qaraşova qatılıblar. 

Adıkeçən təlimdə elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, Scopus indeskli jurnalların metrik göstəriciləri və nəşr qaydalarına dair ətraflı məlumat verilib.Həmçinin “Elsevier” şirkətinin aparıcı tədqiqat mütəxəssisləri tərəfindən “Research Academy” platformasında praktik bacarıqlar və dayanıqlı peşəkar inkişafla bağlı müvafiq məsləhətlərdən bəhrələnmək imkanından danışılıb. 

Tədbir iştirakçılarının bildirdiyinə görə onlayn təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi tədqiqatlar istiqamətində fəaliyyətinin genişləndirilməsi və İnstitusional profil bazasının idarəedilməsi üzrə müzakirələr səmərəli olub.