Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Karyera Mərkəzi “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər təşkil edir.

"Unikal" xəbər verir ki, təlim gələcəyin mühəndislərini peşəkar həyata hazırlamaq məqsədi daşıyır.

Qeyd edək ki, təlim mühəndislik sahəsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub və onları təcrübə proqramlarına, həmçinin müsahibələrə hazırlamaq məqsədi daşıyır. Təlim 4 həftə davam edəcək və həftənin çərşənbə axşamı və cümə günləri, saat 18:30-dan 21:00-a kimi keçiriləcək. Təlim ingilis dilində keçiriləcək.

İştirakçılara “EY Azerbaijan,” Paşa Bank və Azərbaycan HR İnstitutu kimi tərəfdaş şirkətlər tərəfindən sertifikatlar təqdim olunacaq. Qeydiyyat fevral ayının 13-nə qədər davam edəcək və yalnız seçilmiş 40 tələbə təlimdə iştirak haqqı qazanacaq. 

Təlimə müraciət etmək üçün namizədlərdən transkript və motivasiya məktubu tələb edilir. Qeydiyyat üçün son tarix fevralın 13-ü müəyyən olunub. 

Qeydiyyat üçün keçid: https://forms.gle/2ofz75FMUDBru69k9.

Əlaqə: [email protected].