İmişlidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
"Unikal" xəbər xəbər verir ki, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb.
Belə ki, atasıgilə qonaq gələn 1992-ci il təvəllüdlü Murad Kərimov və həyat yoldaşı 1995-ci il təvəllüdlü İlkanə Kərimova ilə övladları 2021-ci il təvəllüdlü Səccad Kərimov yatdıqları otaqda dəm qazından zəhərləniblər.
Hər üç şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ata və ana reanimasiya şöbəsinə yerləşdirilib, uşağın səhhəti isə normaldır.