Xaçmazda təcili tibbi yardım avtomobili qəzaya düşüb.

"Unikal"ın məlumatına görə, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində "VAZ-21015 markalı nəqliyyat vəstəsi  “VAZ-21014” markalı minik maşını ilə toqquşub, daha sonra "VAZ-21014" markalı maşın çağırış vaxti hərəkətdə olan "UAZ" markalı təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

 Eyni zamanda Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Quliyev Azad Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. 


Xanlar Qaraca