Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib.

"Unikal" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub.

Dövlət standartları aşağıdakıları müəyyən edir:

- xüsusi təhsilin məzmununu;

- xüsusi təhsilin idarə olunmasını;

- xüsusi təhsilin maddi-texniki və tədris bazasını;

- xüsusi təhsilin infrastrukturunu;

- xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəricilərini;

- xüsusi təhsilin təşkilini;

- təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsini.

Dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir. Dövlət standartları təhsil müəssisələri üçün tədris planlarının və təhsilalanlar üçün fərdi tədris planlarının hazırlan masında əsas götürülür.

Dövlət standartları 5 il müddətinə qüvvədədir.