SOCAR-ın "Azəriqaz" İB-nin sahibkarlarla bu həftəlik görüşü Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş tutub.

"Unikal" xəbər verir ki, aksiyanı giriş sözü ilə açıq elan edən Salyan RQİİ-nin baş mühəndisi sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını və Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Daha sonra KOBİA-nın nümayəndəsi çıxış edərək sahibkarlara hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb.

Mikrofon önünə keçən sahibkarların müraciətləri eyniyönümlü - debitor borcun hissə-hissə ödənilməsində tətbiq edilən güzəştlərin bu il də davam etdirilməsi olub. "Açıq mikrofon"da səslənən problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.