Sumqayıtda istehsal müəssisələrindən birində baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi açıqlama yayılıb.
Sumqayıt Tibb Mərkəzindən "Unikal"a daxil olan açıqlamada deyilir:
"08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir".
*** 20:56
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
"Unikal" xəbər verir ki, müəsisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.