Şəkidə intihar hadisəsi baş verib. 

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Şəki şəhərində qeydə alınıb. Şəhər sakini, 63 yaşlı Nigar Daşdəmirova yaşadığı evin həyətində özünü asıb. 

Onun asılmış meyitini ailəsi aşkar edib. İntiharın səbəbləri məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.