Mingəçevirdə 53 yaşlı qadın dəm qazından zəhərlənərək dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 1971-ci il təvəllüdlü Kəmalə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.
*** 00:10
Mingəçevirdə 53 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Nizami küçəsi 16 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.
Dəm qazından zəhərlənərək halsız duruma düşən 1971-ci il təvəllüdlü ev sahibi Kəmalə Hüseynova təcili xəstəxanaya çatdırılıb.
Onun durumu ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov