Qusar-Xudat yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Unikal”ın məlumatına görə, hadisə Qusar-Xudat avtomobil yolunun Digah-oba kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı agaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Məmmədov Elçin Fərhad oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca