Abşeronda ev həyətindəki maşınlarla birgə yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 17 m² sahədə, 3 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 2 top internet kabeli, həyətdə “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.