Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.