“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Samux rayonunda ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, ağacəkmə aksiyasında Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Aksiya zamanı Samux rayonunun Ziyadlı kəndində, Kür yolunun kənarına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 600 ədədə yaxın ağac əkilib.