Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 96 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 m² sahədə və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.