Gəncədə dilənçilikə məşğul olan 48 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı keçirilən tədbirlər nəticəsində daha 48  nəfər saxlanılaraq barələrində inzibati qaydada tədbir görülüb.

Həmin şəxslərlə profilaktiki söhbətlər aparıldıqdan sonra yaşadıqları rayona göndəriliblər.