Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin qızı vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, mərhum bu gün səhər saatlarında dünyasını dəyişib və "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, R.Qazıyev 1992-1993-cü illərdə Azərbaycan müdafiə naziri olub.