Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Unikal"a bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.
O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Əyyub Çələbi  hazırda həbsdə olan Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilat komitəsinin üzvüdür.