DİM bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə sınaq imtahanı keçirib.

DİM-dən "Unikal"a verilən məlumata görə, magistraturaya qəbul imtahanının nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Coğrafiya və informatika fənləri üzrə imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.