Vladiqafqaz sakini bir şüşə “Jermuk” mineral suyunu içdikdən sonra vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə Şimali Osetiya rəhbəri Sergey Menyailo məlumat yayıb. 

Bildirilir ki, kişinin ölümünə səbəb mineral sudur. Belə ki,  suyu bir dəfəyə içən kişinin mədəsində problem yaranıb. O, dərhal xəstəxanaya aparılsa da həyatını itirib.