Avropa Komissiyası Qarabağdan könüllü şəkildə gedən ermənilərə dəstək məqsədilə əlavə 5,5 milyon avro humanitar yardım ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Təqdim olunan maliyyənin 1,5 milyon avrosu həssas icmaların mümkün böhranlara davamlılığını artırmaq üçün fəlakətlərə hazırlığın artırılmasına yönəlib. Digər 4 milyon avroluq humanitar maliyyə vəsaiti əsasən ermənilərə əsas ehtiyaclarını ödəmək üçün vauçerlərin və müntəzəm pul köçürmələrinin verilməsinə yönəldiləcək.

Humanitar tərəfdaşlar vasitəsilə Avropa İttifaqı ehtiyacı olan insanların qida, sığınacaq, səhiyyə və psixi sağlamlıq xidmətlərinə çıxışını və qorunmasını dəstəkləmək məqsədi daşıyır.  

Ağarza Elçinoğlu