Bakıda avtomobildən yola süpürgəçi qadının qarşısına zibil atan səxslə bağlı tədbir görülüb.
"Unikal" xəbər verir ki, Baş DYP İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.
"Müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində "İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılıb, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib".