"Mən artıq hökumətin başçısı olmadığıma və partiyanın rəhbəri olduğuma görə, özümə icazə verəcəyəm və birbaşa deyəcəyəm - Salome Zurabişvili vətənə xəyanət edib".

"Unikal" xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Qaribaşvili jurnalistlərin sualını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, prezident dövlətimizin maraqlarına xidmət etmir.

 “O, konstitusiyanı dəfələrlə çox kobud şəkildə pozub və indi də pozur. Avropada böyümüş bir xanımdan, komandamızın irəli sürdüyü bir prezidentdən belə davranış görmək ayıbdır. Xanım Salome Zurabişviliyə xatırlatmalıyam ki, onun reytinqi 1% olub və cənab Bidzina İvanişvili və “Gürcü Arzusu” onu prezident ediblər. Bu şəxs həm komandaya, həm də dövlət maraqlarına xəyanət edib. Onun səfəri bunun daha bir təsdiqidir. O, ölkənin statusu alması üçün heç nə etmədi, məqsədi hakimiyyətin xalqla gətirdiyi bu böyük uğuru birtəhər əlindən almaq idi. O, burada da fiaskoya uğradı, özü də radikal ekstremist müxalifətin yanında dayanmağı seçdi. O müxalifətlə birlikdə böyük məğlubiyyəti qeyd edəcək”, - Qaribaşvili bildirib.