WikiLeaks-in qurucusunun həyat yoldaşı Julian onun öləcəyi ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, fevralın 20-21-də İngiltərədə ABŞ-a ekstradisiya işinə baxılacaq WikiLeaks-in qurucusu Julian Assancın həyat yoldaşı Stella Assanc "Onun psixi və fiziki sağlamlığı pisləşir. Həbsxanada qaldığı hər gün həyatı risk altındadır" deyib.

Onun sözlərinə görə, Julian (ABŞ-a) ekstradisiya edilərsə, öləcək.
Julian Assange -ın həyat yoldaşı Stella Assange, WikiLeaks redaktor müavini Kristinn Hrafnsson və Sərhədsiz Reportyorlar təşkilatının rəhbəri Rebecca Vincent Julian Assange-ın ekstradisiyasına dair dinləmədən əvvəl Londonda xarici jurnalistlərlə görüşüb.

Daha əvvəl dinləmələrə video vasitəsilə qatılan ərinin gələn həftə ekstradisiya ilə bağlı məhkəmədə şəxsən iştirak etməsi üçün ərizə verdiyini xatırladan Stella Assanc, "Onun dinləmələrə video vasitəsilə qatılması gülüncdür. Ümid edirəm ki, məhkəmə icazə verəcək" Julian hökm duruşmasına qatılacaq. Bunun baş verib-verməyəcəyini bilmirik. Bu hətta iddianın absurdluğunu göstərir." deyib.