Türkiyə və Yunanıstan “Avropa Səma Qalxanı Təşəbbüsü"nə (ESSI) qatılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorious bu gün Brüsseldə keçirilən NATO müdafiə nazirləri toplantısından əvvəl açıqlamasında bildirib.

"ESSI bu gün iki yeni üzvün iştirakı ilə böyüyür. Yunanıstan və Türkiyəni ESSI-də salamlayacağıq",- alman nazir qeyd edib.

ABŞ-nin F-16-lara yaşıl işıq yandırmasından sonra Türkiyənin ESSİ-də iştirakı NATO müttəfiqləri ilə əlaqələri gücləndirəcək mühüm addım hesab olunur.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Almaniyanın irəli sürdüyü təşəbbüs Avropa ölkələrinin birlikdə müdafiə sistemləri almasına və birgə təlimlər keçirməsinə imkan yaratmaq məqsədi daşıyır.