Olimpiya çempionu Əbdülrəşid Sadulayev Rumıniyaya buraxılmayıb.
"Unikal"
xəbər verir ki, idmançı güləş üzrə Avropa çempionatına düşə bilməyib.

Bu barədə “Match TV”yə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib. “Sadulayevi içəri buraxmamaq qərarına gələn zabitlərin dediyinə görə, onların vizasına şübhələri olub. Amma bu qərarda kiçik bir qəribəlik var. Bu viza ilə Rumıniyaya gəlməzdən əvvəl Sadulayev artıq Şengen zonasında - İspaniyada olub, oradan Buxarestə uçub. İspaniyada ona heç bir sual verilməyib”, - deyə Mamiaşvili vurğulayıb.

Rusiya Güləş Federasiyasının rəhbərinin sözlərinə görə, onlar iki saat yarım ərzində viza məsələsini həll etməyə çalışıblar, lakin nə turnir təşkilatçılarının dəstəyi, nə də bütün lazımi təsdiqlər ikiqat olimpiya çempionuna kömək etməyib.