Berlində Volodimir Zelenskinin səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək. Eyni zamanda, Ukrayna prezidentinin Almaniya paytaxtına gəlişinin dəqiq tarixləri açıqlanmır.

"Unikal" xəbər verir ki, bundan əvvəl DPA agentliyi Almaniya kansleri Olaf Şolzla Ukrayna liderinin Berlinə səfəri zamanı ikitərəfli təhlükəsizlik sazişi imzalaya biləcəyini bildirmişdi. Nəşr həmçinin qeyd edib ki, Zelenski fevralın 16-dan 18-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında çıxış edəcək.

Ukrayna Prezidentinin aparatının Telegram kanalında dövlət başçısının fevralın 16-da Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün Almaniya və Fransaya işgüzar səfərlər edəcəyi qeyd olunub.