Rusiyanın məşhur aktyoru Aleksey Paninə məhkəmə həbs hökmü çıxarıb.

"Unikal" xəbər verir ki, Panin terror fəaliyyətinə açıq çağırışlarda, terrorçuluğa ictimai bəraət qazandırmaqda və təbliğatda (Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin ikinci hissəsi) ittiham olunur.

Qeyd edək ki, aktyor hazırda Rusiyada yaşamır. O, bu yaxınlarda Hollivud filminin sınağına dəvət olunduğunu bildirib.