Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu Kilian Mbappe mövsümün sonunda Paris Saint-Germain futbol klubunu tərk edəcək.

"Unikal" xəbər verir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu artıq qərarını klub prezidenti Nasser əl-Xelaifiyə açıqlayıb.

Mbappenin 25 yaşı var və 2017-ci ilin yayından PSJ-də çıxış edir. Bu müddət ərzində futbolçu 243 qol vuraraq komandanın bombardiri olub.