Slovakiyanın baş naziri Robert Fitsoo dörd ildir ki, mobil telefonsuz işləyir və digər siyasətçilərə də ondan nümunə götürməyi tövsiyə edir.

"Unikal" xəbər verir ki, bu barədə o, “Hlavne spravy” nəşrinə məlumat verib.

“Ətrafımda olan hər bir baş nazirə və siyasətçiyə tövsiyə etdiyim ilk əsas şey mobil telefondan qurtulmaqdır. Dörd ildir ki, mobil telefonsuz işləyirəm, həqiqətən, şişirtmirəm. Məndə telefon yoxdur.Mən ünsiyyət mexanizmi yaratmışam ki, bu da məni tapmağa ehtiyacı olan hər kəsə 5 dəqiqə ərzində bunu etməyə imkan verir”, - deyə Fitsoo bildirib.