Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyana Ermənistan İqtisadiyyat Nazirliyində dövlət satınalmaları prosesində sui-istifadə halları ilə bağlı ittiham irəli sürülüb.

"Unikal" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Vaan Kerobyanın dindirilməsi artıq baş tutub. Ona qarşı irəli sürülən maddə barədə məlumat verilmir.