Polşada Rusiyanın adından casusluq etdiyi və təxribat törətməyi planlaşdıran şəxs həbs edilib.

"Unikal" xəbər verir ki, Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən Ukrayna vətəndaşı saxlanılıb . Polşa Daxili Təhlükəsizlik Agentliyindən verilən açıqlamada deyilir: “Daxili Təhlükəsizlik Agentliyinə Rusiya xüsusi xidmət orqanları adından çıxış edən Ukrayna vətəndaşının Vroslavda strateji əhəmiyyətli infrastruktur elementlərinin yaxınlığında yerləşən obyektləri yandırmağı planlaşdırdığı barədə məlumat daxil olub"

Şübhəli şəxsin üzərində və çamadanında təxribat planlarına dair sübutların olduğu açıqlanıb. Yanvarın 31-də saxlanılan şübhəlinin barəsində məhkəmənin hökmü ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, təqsiri sübut olunarsa, 12 ilədək həbs cəzası ala bilər.