Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamenti olan Milli Assambleyanın buraxılması haqqında fərman verib.

"Unikal" xəbər verir ki, bu barədə Küveytin KUNA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, parlamentin buraxılmasına səbəb “konstitusiya prinsiplərinin pozulması”, habelə “təhqiredici və nalayiq ifadələrin işlədilməsi” olub. Parlament üzvlərinin konstitusiya prinsiplərini necə pozduğu və kimin ünvanına təhqiramiz ifadələr işlətdiyi göstərilmir.

Gülayə Mecid