Filippinin cənubunda fevralın 6-da baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, Filippin hökuməti sosial media hesabından ölkənin cənubundakı Masara kəndində baş verən sürüşmə ilə bağlı açıqlama verib. 

Məlumatda, sürüşmənin təsirinə məruz qalan ərazilərdə ölənlərin sayının 92-yə yüksəldiyi, 36 nəfərin itkin düşdüyü bildirilib.

Ərazidə axtarış-xilasetmə işləri davam edir. Bildirilib ki, təbii fəlakət zonasından 1100-dən çox ailə təxliyə edilib.

Gülayə Mecid