Türkiyənin İzmir şəhərində heyvansevərlər bir araya gələrək İstanbulda vəhşicəsinə öldürülən “Eros” adlı pişik üçün yürüş təşkil ediblər.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Etirazçılar pişiyin təpiklə vəhşicəsinə öldürülməsinə sərt reaksiya veriblər. Heyvansevərlər əllərində “Səssiz qullarını necə öldürdün?”, “Onlar kainatın ən günahsızları idi”, “Eros üçün ədalət” və “Qatillər içəridə, heyvanlar çöldə”  yazılı plakatlar götürərək küçə boyu nümayiş keçiriblər və şüarlar səsləndiriblər. 

Zərifə Nağıyeva