Ukrayna rəhbərinin ofisinin keçmiş müşaviri Aleksey Aretoviç özünü rus hesab etdiyini və rus sivilizasiyasının bir parçası olduğunu bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə xarici KİV-ə müsahibəsində deyib. 

"Mən həmişə deyirəm: mən rusam. Mən könüllü olaraq bu sivilizasiyaya mənsub olmağı seçmişəm", - Aretoviç bildirib.

O, söhbətində hər zaman “həqiqəti, vicdanı, ədaləti, işığı sevdiyini” vurğulayıb. 

Xatırladaq ki, eks-müşavir fevralın 6-da Rusiyada qiyabi həbs edilib. O, terror aktlarına çağırışda və terrora haqq qazandırmaqda, habelə Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunur. Həbs müddəti Aretoviçin saxlandığı və ya ekstradisiya edildiyi təqdirdə Rusiya təhlükəsizlik qüvvələrinə təhvil verildiyi andan hesablanacaq.

Gülayə Mecid