Yunanıstan parlamenti eynicinsli nikahları və eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini qanuniləşdirən qanunu qəbul edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu, belə qanun layihəsini təsdiqləyən ilk pravoslav ölkədir.

Qeyd edək ki, yunan kilsəsi qanuna qarşı çıxıb və onu ənənəvi ailə üçün təhlükə adlandırıb.

Bildirilir ki, yeni qanun “hər kəsə nikah hüququ verir” və “ailə formasından asılı olmayaraq” uşaqların hüquqlarını qoruyur. Bununla belə, sənədin eynicinsli kişi cütlüklərə surroqat analıq xidmətlərindən istifadə etməsinə icazə vermədiyi vurğulanır.

Gülayə Mecid