Əfqanıstandan qonşu ölkələrə təhdidlərin qarşısını almaq üçün KTMT və ŞƏT çərçivəsində əlavə sərhəd təhlükəsizliyi tədbirləri hazırlamaq lazımdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Patruşev Bişkekdə Əfqanıstan üzrə Təhlükəsizlik Şurası katiblərinin görüşündə çıxışı zamanı bildirib ki, Əfqanıstandakı qeyri-sabit vəziyyət Qərbin dəstəklədiyi beynəlxalq terrorçuların fəaliyyəti ilə bağlıdır: "Əfqanıstan istiqamətində bütün sadalanan təhdidləri nəzərə alaraq, qeyri-sabitliyin ölkələrimizə ixracına qarşı mümkün qədər tez tədbirlər görmək lazımdır. Aydındır ki, bu problemin hərtərəfli həllinə ilk növbədə kollektiv səylərlə, KTMT və ŞƏT çərçivəsində nail olmaq olar". 

Ağarza Elçinoğlu