İrəvanda fevralın 20-də müxalifət qüvvələri Azadlıq meydanında mitinq keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə “Birgə” hərəkatının koordinatoru Aram Sarkisyan deyib. 

"Biz bizimlə razılaşan hər kəsə təklif edirik ki, Nikol Paşinyanın və bütün hökumətin vaxtından əvvəl istefası tələbi ilə çıxış etsinlər. Biz bunun səbəblərini - mitinqdə dərc edəcəyimiz 100 səbəb hazırlamışıq. Onlar kitablar şəklində təqdim olunacaq və xalqa paylayacağıq. Biz Nikol Paşinyana kömək etmək istəyirik ki, gücü çatmayan yükü daşımasın. O, vaxtından əvvəl istefa verməlidir. O, başa düşməlidir ki, əks halda məsuliyyət daşımaq daha da çətin olacaq”, - Sarkisyan qeyd edib.

Gülayə Mecid