Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putini rusiyalı müxalif siyasətçi Aleksey Navalnını öldürməkdə ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə o, Münhen konfransında çıxışı zamanı deyib. 

"İndicə məlum oldu ki, Aleksey Navalnı Rusiya həbsxanasında dünyasını dəyişib. Görünür, o da işgəncələrə məruz qalan minlərlə insan kimi Putin tərəfindən öldürülüb. Putin vəzifəsini qoruduqca kimin ölməsinin vecinə deyil. Bunun üçün heç nəyi əsirgəmir. Putin hər şeyini itirməli və etdiyinə görə cavab verməlidir". 

Ağarza Elçinoğlu