Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 61 yaşlı Füzuli Əliyev dünən axşam saatlarında kirayə qaldığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
Onun meyiti bu gün aşkar olunub.
Şəmkir rayonunda isə bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.
Hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.