ABŞ ordusu husilər arasında ilk dəfə sualtı pilotsuz aparat aşkar edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın məlumatına görə, ABŞ silahlı qüvvələri husilərə məxsus gəmi əleyhinə qanadlı raketlərə və bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib.

“Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, - deyə məlumatda bildirilir.