Qırğızıstan prezidenti Sadır Japarov Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

O, Kazanda keçiriləcək "Gələcəyin Oyunları" beynəlxalq multi-idman yarışının rəsmi açılış mərasimində iştirak edəcək.

Tədbir çərçivəsində Japarov, Putin və Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov arasında ikitərəfli görüşlər keçiriləcək. Görüşlər zamanı tərəflər əməkdaşlığın cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrində əməkdaşlığı müzakirə edəcəklər.

Gülayə Mecid