Yəmən Müdafiə Nazirliyinin Hərbi Sənayeləşdirmə İdarəsinin rəisi general-mayor Həsən bin Cəlal əl-Ubeydi Misirin paytaxtı Qahirədə öz mənzilində ölü tapılıb.

"Unikal" xəbər verir ki, generalın meyitini ailəsi aşkar edib. Əlləri qandallanmış və bir neçə dəfə bıçaqlanmış vəziyyətdə tapılan generalın kim və ya kimlər tərəfindən öldürüldüyü hələlik məkum deyil. 

Yəmənin Qahirədəki səfirliyi Misirin paytaxtında yüksək rütbəli yəmənli hərbçinin öldürüldüyünü təsdiq edib, lakin başqa bir məlumat verməyib.  

Gülayə Mecid