Romada silsilə silahlı oğurluqlar törətməkdə şübhəli bilinən 60-70 yaşlı altı nəfərdən ibarət dəstə İtaliya polisi tərəfindən həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dəstənin liderlərindən biri 90-ci illərdə bank soyğunçuluğundan sonra məşhurlaşan "Alman" ləqəbli 70 yaşlı İtalo De Vitt  imiş.

Yaşlı kişi kriminal aləmində tanınan öz həmyaşıdları ilə birlikdə oğurluq törədirmişlər. Polis tərəfindən saxlanılan yaşlılar barəsində cinayət işi açılıb.