Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.