Finlandiyanın öz ərazisində nüvə silahı yerləşdirmək niyyəti yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Peteri Orpo bildirib.

"Buna ehtiyac yoxdur, çünki NATO özü nüvə təhlükəsinin qarşısının alınmasını təmin edir", - Orpo qeyd edib. 

Onun sözlərinə görə, artıq başqa ölkələrdə yerləşdirilən nüvə silahları NATO-nun təhlükəsizliyini təmin etmək üçün kifayətdir: "Alyansın bir neçə ölkəsində nüvə silahı yerləşir və bu kifayətdir". 

Ağarza Elçinoğlu