Bu gün İrakli Kobaxidze Gürcüstanın yeni baş naziri kimi ilk dəfə Brüsselə gedib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Kobaxidze Aİ-Gürcüstan Assosiasiya Şurasının 8-ci sessiyasında iştirak edəcək, daha sonra Avropa İttifaqının Ali Nümayəndəsi Cozef Borrel, eləcə də Aİ komissarı Oliver Varhel ilə birgə mətbuat konfransı keçirəcək.

Gürcüstan hökumətinin başçısı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi ilə görüşlər keçirəcək və NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcək.

Ağarza Elçinoğlu