Honq-Konqda polis hotel otağında külli miqdarda kokain saxlayan iki turisti saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Dominikan Respublikasından olan 47 yaşlı kişi  və 44 yaşlı kolumbiyalı  külli miqdarda kokain satmağa cəhddə ittiham olunurlar. Onlar hotel otağında 132 kiloqramlıq kokainla yanaşı, ümumi dəyəri təxminən bir yarım milyard dollar olan 109 bağlama qadağan olunmuş maddələr aşkar edilib. Polisin məlumatına görə, turistlər böyük beynəlxalq sindikatda işləyirmişlər