Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu “Hürriyyət” qəzetinə müsahibəsində deyib. 

Nazir qeyd edib ki, Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir: "Ermənistan tərəfində problem olarsa, dəhlizin İrandan keçməsi ehtimalı ilə bağlı təmaslar var. Buna görə də iki alternativ var. Və bu alternativlərin hər ikisi hazırda masadadır". 

O, həmçinin tikinti işlərinin hansı mərhələdə olduğunu da açıqlayıb: "Hazırda Azərbaycan tərəfi tikintini davam etdirir. Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yol bərpa və ya yenidən qurulacaq. Dediyim kimi, hər iki alternativ masadadır".

Ağarza Elçinoğlu