Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya növbəti dəfə prezident Vladimir Putini ittiham edib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyalı müxalifət liderinin həyat yoldaşı bu gün yayımlanan videomüraciətində azad Rusiya üçün mübarizə aparacağını bildirib.

Navalnaya müxalifəti Kremllə mübarizəni daha şiddətlə davam etdirməyə çağırıb: "Putinin Alekseyi niyə öldürdüyünü dəqiq bilirik. Bu cinayəti törədənlərin adlarını və iç üzünü açacağıq". 

Zərifə Nağıyeva